Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb

Tarix: 28 Iyul 2023 20:27

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.

Qərarda deyilir:

Növbədənkənar sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. "Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
2. "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
3. "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;
4. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) hesabatı;
5. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi"nin təsdiq edilməsi;
6. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;
7. "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının etik davranış qaydaları haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun qəbul edilməsi;
8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibinin təsdiq edilməsi;
9. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanının təsdiq edilməsi.

Milli.Az


Etiketlər:  Naxçıvan Məclisinin növbədənkənar sessiyası çağırılıb


RƏYLƏR