Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həyəcan təbili çalındı: "Görünməmiş isti günlər..."

Həyəcan təbili çalındı:

Tarix: 29 Iyul 2023 05:06

Həddindən artıq yüksək temperatur 2060-cı ilə qədər İngiltərədə yeni iqlim normasına çevrilə bilər.

Milli.Az xəbər verir ki, bu barədə Britaniya meteoroloji xidməti "Met Office" məlumat yayıb.

Mütəxəssislər planetdə emissiyaların hazırkı səviyyəsində ölkədə 2022-ci ilin rekord istiliyinin (plus 40 dərəcə Selsi) hətta sərin hava hesab ediləcəyini proqnozlaşdırıblar.

Meteoroloqlar əlavə ediblər ki, maksimum hava temperaturu minimumdan qat-qat tez dəyişir - yəni britaniyalılar rekord soyuq günlərdən daha görünməmiş isti günlərə dözməli olacaqlar.

"Met Office" hesab edir ki, bu cür hava dinamikasında planeti istixana qazı emissiyalarından xilas etmək üçün aktiv addımlar atmayan insanların özləri günahkardır. (publika)

Milli.Az


Etiketlər:  Həyəcan təbili çalındı Görünməmiş isti günlər


RƏYLƏR