Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yolda çəkilmiş bu dairə müzakirə yaratdı - VİDEO

Bakıda yolda çəkilmiş bu dairə müzakirə yaratdı - VİDEO

Tarix: 29 Iyul 2023 12:46

Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində asfalt üzərində qeyri-peşəkar formada çəkilmiş dairə müzakirələrə səbəb olub.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri tərəfindən çəkilən görüntülərdə dairənin sanki həyətdə oynayan uşaqlar tərəfindən çəkildiyi, gülməli vəziyyətin yarandığı qeyd olunur.

Belə aydın olur ki, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcında sarı tor və digər nişanlanma xətləri silinib. Əvəzində qeyri-peşəkar formada dairə çəkilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən dairə AYNA tərəfindən çəkilməyib: "Qeyd olunan yol kəsişməsində hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib. Görüntüdə əks olunan dairə cizgisi isə tərəfimizdən təşkil edilməyib".

Milli.Az


Etiketlər:  Bakıda yolda çəkilmiş dairə müzakirə yaratdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ