Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni peşə ixtisasları açılır - VİDEO

Yeni peşə ixtisasları açılır - VİDEO

Tarix: 29 Iyul 2023 17:22

Qarabağda inşa olunacaq peşə təhsili müəssisələrində yeni peşə ixtisasları olacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib.

Onun sözlərinə görə, həmin peşə təhsili müəssisələrində həm ənənəvi, həm də yeni ixtisaslar tədris olunacaq.

Qarabağa qayıdış proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsili mərkəzi inşa olunacaq.

Bu il peşə təhsili müəssisələrinə 25 420 yer ayrılıb. Ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 10 faiz artım var. Yeni tədris ilində peşə təhsili sahəsi üzrə ən çox plan yeri ayrılan ixtisaslar da açıqlanıb.

Xatırladaq ki, peşə təhsili almaq istəyən şəxslər 28 iyul - 11 avqust tarixlərində "portal.edu.az" platformasında qeydiyyatdan keçməklə "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərməlidirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Yeni peşə ixtisasları açılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ