Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada meşə yanğınları: mafiyanın rolu...

İtaliyada meşə yanğınları: mafiyanın rolu...

Tarix: 30 Iyul 2023 01:32

İlin əvvəlindən bu vaxtadək İtaliyada 51 min 386 hektar meşə sahəsi yanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, təkcə iyulun 25-dən 27-dək 31 min 78 hektar bitki örtüyünün yandığı bildirilir.

Yanğınlardan ən çox zərər çəkən bölgə Siciliya adasıdır. Cari il adada 41 min 365 hektar ərazi yanıb. Siciliyada yanan meşə sahələrinin əhatə dairəsi ölkə üzrə ümumi göstəricinin 80 faizinə bərabərdir. Kalabriya regionunda 7390 hektar, Puqliada 1456, Abruzzoda isə 284 hektar meşə sahəsi yanıb.

Yanğınların əksəriyyətinin insan amili nəticəsində baş verdiyi, bəzilərində mafiyanın əlinin ola biləcəyi bildirilib.

Ekoloqlar meşə yanğınlarını törədənlərə qarşı cəzaların əhatə dairəsinin genişləndirilməsi və ya sərtləşdirilməsini tələb edirlər.

Bundan başqa, Siciliyanın şərqində, Kalabriya və Puqlia bölgələrində meşəlik ərazilərdə irili-xırdalı yanğınların davam etdiyi də bildirilib.

Qeyd edək ki, İtaliya Prezidenti Sercio Mattarella həftənin əvvəlindən meşə yanğınlarının baş verdiyi Palermo şəhəri yaxınlığındakı ərazilərə baş çəkib. Sercio Mattarella, həmçinin fövqəladə iqlim şəraitində işçilərin müdafiəsi üçün təcili tədbirləri və ödəniş şərtlərinə dair qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasını nəzərdə tutan fərmanı imzalayıb.

Milli.Az


Etiketlər:  İtaliyada meşə yanğınları mafiyanın rolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ