Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2023 18:10
Pekin Meteorologiya Bürosu paytaxta və ətraf ərazilərə yağan güclü yağış səbəbindən təhlükəli hava şəraiti ilə bağlı yüksək ("narıncı") xəbərdarlıq edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əhaliyə evlərini tərk etməmək, kütləvi tədbirlər keçirməmək və bütün mümkün ehtiyat tədbirlərinə əməl etmək tövsiyə olunur.
Həmçinin Pekin şəhərində bir çox iaşə obyektləri qapadılıb. Məqsəd insanların bir yerə toplaşmasının qarşısını almaqdır.
Qapalı və açıq havada keçirilən idman tədbirləri təxirə salınıb.