Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistanda partiya qurultayında baş verən partlayışda ölənlərin sayı artıb - YENİLƏNDİ

Pakistanda partiya qurultayında baş verən partlayışda ölənlərin sayı artıb - YENİLƏNDİ

Tarix: 30 Iyul 2023 23:10

Pakistanın Xayber-Paxtunxva əyalətində "İslam Alimləri Assambleyası" partiyasının konqresində kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Dawn" qəzeti Hayber-Paxtunxva əyalətinin səhiyyə naziri Riaz Ənvara istinadən məlumat yayıb.

Onun sözlərinə terror aktı nəticəsində 100-dən çox şəxs yaralanıb: "Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb".

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.

-------

19:28

Pakistanın şimal-qərbindəki Heybər-Paxtunxva əyalətində İslam Alimləri Assambleyası partiyasının konqresində kamikadzenin törətdiyi partlayış nəticəsində azı 35 nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar xidmətləri və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb.

Məlumata görə, 200-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Partlayış partiya liderlərindən biri təxminən 400 nəfərin olduğu bir qrup tərəfdarı qarşısında çıxış edərkən baş verib.

Pakistanın baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və məsuliyyət daşıyanların tapılması barədə göstəriş verib.

Milli.Az


Etiketlər:  Pakistanda partiya qurultayında baş verən partlayışda ölənlərin sayı artıb YENİLƏNDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ