Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yəməndə aclıq təhlükəsi: 2.5 milyon insan...

Yəməndə aclıq təhlükəsi: 2.5 milyon insan...

Tarix: 31 Iyul 2023 01:02

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Yəməndəki işini dayandırmaq qərarına gəlib. Buna səbəb kimi mövcud resursların azalması və maliyyə çatışmazlığı göstərilib. Növbəti 6 aylıq plan üçün 1 milyard dollar vəsait tələb olunsa da, bu məbləğin 28 faizi toplanıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ümumdünya Ərzaq Proqramının müvafiq qərarı Yəməndə ərzaq çatışmazlığından əziyyət çəkən 2,5 milyona yaxın insana mənfi təsir edəcək.

Beynəlxalq yardımın azalması həm də Yəməndə aclıq təhlükəsinin qapısını açır. Mərib şəhərində aclıq ola biləcəyi gözlənilir.


Etiketlər:  Yəməndə aclıq təhlükəsi milyon insan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ