Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2023 11:14
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Xırdalanda intihar cəhdinin qarşısını alıblar.
Qurumdan bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə bir nəfərin Abşeron rayonu, Xırdalan şəhərində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı, xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.
FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşınıb.
-------
11:00
Xırdalanda bir nəfər intihara cəhd edir.
Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, şəxsiyyəti hələlik müəyyən olunmayan kişi özünü yerüstü keçidin üstündən atmaq istəyir.
Əldə etdiyimiz ilkin məlumata görə, həmin şəxs ailədaxili problemlərə görə bu əmələ əl atıb. Belə ki, iddiaya əsasən, o, bir müddət əvvəl həyat yoldaşından ayrılıb və bu səbəbdən azyaşlı övladını görə bilmir.
Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Şəxsi fikrindən daşındırmaq istiqamətində profilaktik tədbirlər görülür.