Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada müharibə bu il bitə bilər?

Ukraynada müharibə bu il bitə bilər?

Tarix: 31 Iyul 2023 16:46

Artıq ikinci ilə keçən Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibə hər keçən dövr daha şiddətli mərhələyə keçir. Müharibə Ukraynada milyonlarla insanı evsiz və işsiz qoyub, ölkə ərazisinin bir hissəsi işğal altındadır. Bu günlərdə bir sıra beynəlxalq və yerli media nümayəndələri bəyanatlarında Qərbin bu il müharibənin nəhayət bitməsi inancında olduğunu bəyan etdilər. Bu fonda Ukrayna Prezidenti Volodimir Zelenski də ordunun daha intensiv və operativ əks hücuma keçdiyini açıqladı. Ekspertlər bu il müharibənin bitə biləcəyini proqnozlaşdırırlar.

Ukrayna Ali Radasının hakim "Xalqın xidmətçisi" Partiyasından olan deputatı Yuri Kamelçuk report-a bildirib ki, həqiqətən də son vaxtlar ölkəsinin Silahlı Qüvvələrinin qələbə nailiyyətləri var:

"Ola bilsin, istədiyimiz kimi tez olmur, amma əks-hücum davam edir. Əminəm ki, nəticə 3 amildən - döyüşmək üçün silahın olması, döyüş aparmaq üçün şəxsi heyətin olması və döyüş əhval-ruhiyyəsindən asılı olacaq. Hansı istiqamətdə irəliləmək və ərazilərimizi necə azad etməklə bağlı oturub kimdənsə məsləhət gözləyəsi deyilik. Bizim Ukrayna ərazisindəki Rusiya işğalçılarından qurtulmaq, hər vilayəti, hər kəndi azad etmək üçün tam hüququmuz var. Buna görə də ilin sonuna qədər döyüş əməliyyatlarının bitib-bitməyəcəyini deyə bilmərik. Əlbəttə, könül istərdi ki, döyüş əməliyyatları tez başa çatsın. Bunu sentyabr, oktyabr, ya noyabrda etmək mümkün olarsa, bu, əməliyyatların ilin sonuna qədər başa çatdırılmasından daha yaxşı olardı. Çünki belə olan halda insan həyatlarını qurtaracağıq, bütün hərbi əsirləri, eləcə də Ukraynadan Rusiyaya zorla aparılan şəxsləri, o cümlədən uşaqlarımızı daha tez geri qaytaracağıq. Əlbəttə ki, biz bunun ən qısa zamanda baş verməsində maraqlıyıq.

Ekspertlərin, hərbi analitiklərin müşahidələri isə qoy olsun. Bu, Ukrayna ordusuna qısa zamanda irəliləməkdə yardım edir. Amma hər bir halda bizə sabit silah təchizatı, döyüş vasitələrinin mövcudluğu və əlbəttə ki, pozitiv əhvali-ruhiyyə lazımdır. Hərbçilərin əhvali-ruhiyyəsi isə Ukraynanın işğal olunmuş ərazilərini azad etmək və hər bir ukraynalının evinə qayıtmasına köklənib", - o əlavə edib.

Milli.Az


Etiketlər:  Ukraynada müharibə bu il bitə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ