Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Şahruddin faciəvi səhvlərlə 3 qol hədiyyə etdi” - Polşa millisinin sabiq futbolçusu

“Şahruddin faciəvi səhvlərlə 3 qol hədiyyə etdi” - Polşa millisinin sabiq futbolçusu

Tarix: 31 Iyul 2023 18:12

Polşa millisinin sabiq futbolçusu Kamil Kosovski Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Rakuv" - "Qarabağ" (2:3) matçında və komandaların növbəti oyundakı şanslarından danışıb.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, o, Azərbaycan təmsilçisini favorit saysa da, ağdamlıların qapı xəttindəki problemlərindən söz açıb:

"Qarabağ"da çatışmazlıqlar çoxdur. "Rakuv" evdə yaxşı oynadı, amma iki qol buraxdı. Bu da rəqibə növbəti qol imkanları üçün şərait yaratdı. Qazanılan qələbəyə baxmayaraq iqlimi və rəqibin gücünü, özünəinamını nəzərə alsaq, onlar favoritrdir. "Qarabağ"ın qapı xəttndə problem var və ən zəif nöqtədir. Şahruddin Məhəmmədəliyev faciəvi səhvlər ilə "Rakuv"a 3 qol hədiyyə etdi".

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev "Rakuv"la keçirilən ilk görüşdə səhvləri ilə yadd qalıb. Komandalar arasında cavab oyunu avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Milli.Az


Etiketlər:  Şahruddin faciəvi səhvlərlə 3 qol hədiyyə etdi Polşa millisinin sabiq futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ