Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2019 15:44
Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.
Qol.az xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında paylaşım edib. Ona dəstək olanlara təşəkkür edən idmançımız hər şeyin yaxşı olacağını yazıb:
“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəm, inşallah. Dua edin".