Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə son 14 ilin ən isti iyul ayı yaşanıb

Bu ölkədə son 14 ilin ən isti iyul ayı yaşanıb

Tarix: 3 Avqust 2023 09:02

Bu il Yunanıstanda 2010-cu ildən bəri ən isti iyul ayı yaşanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Yunanıstan Meteorologiya Xidməti məlumat yayıb.

Xidmətin 2010-cu ildən bəri apardığı müşahidələri qiymətləndirən hesabatına görə, bu ilin iyul ayında orta temperatur 2010-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.

Son 14 ilin ən isti iyul ayının bu il yaşandığı ölkədə 31 günün 23-ü mövsümi normaların üstündə olub.

İyul ayında Kritdə havanın temperaturu mövsümi normalardan 2,8 dərəcə yüksək olduğu halda, bu rəqəm ümumilikdə ölkə üzrə orta hesabla 1,9 dərəcə olub.

Keçən ay rekord temperatur və aşağı rütubətin müşahidə edildiyi Yunanıstanda çoxsaylı meşə yanğınları baş verib.

İyulun 15-31-də ölkədə baş verən 7 böyük meşə yanğınında 470 min hektar meşə sahəsi kül olub.

Milli.Az


Etiketlər:  Bu ölkədə son 14 ilin ən isti iyul ayı yaşanıb


RƏYLƏR