Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2023 09:28
Məlumat verildiyi kimi, avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.
Bu barədə Sonxeber.net-a FHN-dən bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması sona çatdırılıb.