Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stoltenberg İŞİD rəhbərinin ləğvini terrorizmlə mübarizədə vacib addım adlandırdı

Stoltenberg İŞİD rəhbərinin ləğvini terrorizmlə mübarizədə vacib addım adlandırdı

Tarix: 27 Oktyabr 2019 23:28

Bakı, Trend:

NATO-nun baş katibi Yens Stoltenberg, Əbu Bəkr Əl-Bağdadiyə qarşı əməliyyatın terrorla mübarizədə vacib bir addım olduğunu, NATO-nun İŞİD ilə mübarizəni davam etdirəcəyini söyləyib.

Trend-in məlumatına görə, Yens Stoltenberg öz Twitter səhifəsində bunları paylaşıb: "ABŞ-ın Əbu Bəkr Əl-Bağdadiyə qarşı həyata keçirdiyi əməliyyata dair hesabatı beynəlxalq terrorizmə qarşı mübarizəmizdə vacib bir addımdır. NATO ümumi düşmənimiz olan İŞİD-ə qarşı mübarizədə sadiq qalır" deyə Stoltenberg bildirib.

Qeyd edək ki, bundan əvvəl İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi əməliyyat zamanı öldürülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Stoltenberg İŞİD rəhbərinin ləğvini terrorizmlə mübarizədə vacib addım adlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ