Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ana südünün körpələrin immun sisteminin, mədə-bağırsaq sisteminin formalaşmasında əvəzsiz rolu vardır - Həkim - FOTO

Ana südünün körpələrin immun sisteminin, mədə-bağırsaq sisteminin formalaşmasında əvəzsiz rolu vardır - Həkim - FOTO

Tarix: 4 Avqust 2023 15:08

Bu şəkili çox sevirəm. Çünki, göstərildiyi kimi hər ana körpəsini yaxşı qidalandırmaq üçün ən yaxşısını etməyə çalışar.

İlk yeri təbii olaraq ana südü ilə əmizdirmə tutur. Ana südünün körpələrin immun sisteminin, mədə-bağırsaq sisteminin formalaşmasında əvəzsiz rolu vardır. Ana südü ilə qidalanma infeksiya, allergiya kimi xəstəliklərin rast gəlmə tezliyini azaldır. Danışıq problemi, şəkər xəstəliyi, diş çürükləri daha az müşahidə edilir. Əmizdirmənin ana üçün də faydaları vardır. Belə ki, əmizdirən analarda süd vəzi və yumurtalıq xərçəngi riskinin görülmə tezliyinin daha az olduğu müşahidə edilmişdir. Ona görə də analara körpələrinə ilk 6 ay yalnız ana südü körpələrinə vermələri, 6 aydan sonrakı dövrdə isə əlavə qidalarla bərabər ana südünü 2 yaşa qədər davam etməsi məsləhət görülür.

Süni qida ilə yedizdirilmə ana südünün olmadığı və ya kifayət qədər olmadığı dövrdə və ya bəzi metabolik xəstəliklərdə istifadə olunur. Ana südü əvəzolunmaz olsa da süni qidalarda körpənin normal fiziki və psixi inkişafı üçün lazım olan komponentlər vardır.

Vaxtından əvvəl doğulmuş körpələrdə, ana aktiv olaraq infeksiyadan (Covid-19) əziyyət çəkdikdə ən yaxşı üsul ana südünün sağaraq qidalandırılmasıdır.
Zondla qidalandırma: xüsusən yenidoğulan dövrdə reanimasiyada uzunmüddət olmuş körpələr əmmə refleksinin formalaşması bir müddət vaxt ala bilər. Bu dövrdə körpələrin ən yaxşı qidalandırma üsulu zond vasitəsilədir.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il bu tarix ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Bu tarixin keçirilməsində məqsəd - körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, ana südü ilə qidalandırmanın körpələrin, o cümlədən anaların sağlamlığı üçün əhəmiyyəti barədə geniş maarifləndirmə aparmaqdır.

Milli.Az


Etiketlər:  Ana südünün körpələrin immun sisteminin mədə bağırsaq sisteminin formalaşmasında əvəzsiz rolu vardır Həkim FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ