Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maliyyə Nazirliyi 2024-cü ilin əvvəlinə Azərbaycanın dövlət borcu üzrə gözləntiləri açıqlayıb

Maliyyə Nazirliyi 2024-cü ilin əvvəlinə Azərbaycanın dövlət borcu üzrə gözləntiləri açıqlayıb

Tarix: 5 Avqust 2023 16:36

2024-cü il yanvarın 1-nə Azərbaycanın dövlət borcunun 17,536 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır.

Sonxeber.net Malyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın xarici dövlət borcunun 10,847 milyard manat (6,381 milyard dollar), daxili dövlət borcunun isə 6,688 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır.

Gələn ilin 1 yanvar tarixindən başlayaraq Azərbaycan dövlət büdcəsində dövlət borcunun ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitin 49 faizi müddəti 5 ilədək olan öhdəliklərin, 42,6 faizi müddəti 10 ilədək olan öhdəliklərin və 8,4 faizi müddəti 10 ildən çox olan öhdəliklərin payına düşəcək.

Azərbaycanın yeni borc öhdəliyi üzrə faiz dərəcəsi gələn ildən yeni qaydalarla hesablanacaq. Belə ki, müddəti 10 ilədək olan öhdəliklərdə + 0,65 faiz baza dərəcəsi, 10-20 il olan öhdəliklərdə + 0,8 faiz baza dərəcəsi, müddəti 20 ildən çox olan öhdəliklərdə isə + 0,9 faiz baza dərəcəsi tətbiq olunacaq.


Etiketlər:  Maliyyə Nazirliyi 2024 ilin əvvəlinə Azərbaycanın dövlət borcu üzrə gözləntiləri açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ