Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymar bu yay "Barselona"ya qayıda bilər

Neymar bu yay

Tarix: 6 Avqust 2023 10:52

Qətər Şeyxi Mabhut Əl-Marri sosial şəbəkələrdə Fransanın "PSJ" futbol klubunun hücumçusu Neymarın bu yay "Barselona"ya qayıdacağını yazıb.

"Mundo Deportivo" nəşri iddia edir ki, Əl-Marri "PSJ" və "Barselona" dairəsinə yaxındır və həmçinin Kataloniya komandasının prezidenti Joan Laporta ilə dostdur.

Avqustun 5-də Neymar sosial şəbəkələrdən PSJ-nin futbolçusu olması ilə bağlı məlumatı silib.

31 yaşlı Neymar 2017-ci ildən "Pari Sen-Jermen"də çıxış edir. Keçən mövsüm o, 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib, lakin martda ayaq biləyindən aldığı zədə səbəbindən oynaya bilməyib.

Milli.Az


Etiketlər:  Neymar bu yay Barselonaya qayıda bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ