Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2023 16:32
Krasnodar diyarının Timaşevsk şəhərində kişi sərxoş halda çaya düşərək boğulub. Faciə onun sevgilisinə evlənmə təklifindən dərhal sonra baş verib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məlumata görə, bir neçə cütlük çay sahilində dincəlməyə gedib. Gənclər orada içki içmək qərarına gəliblər. Daha sonra 34 yaşlı kişi sevgilisinə evlilik təklifi edib və qadın məmnuniyyətlə təklifi qəbul edib. Bundan sonra onlar estakadadan çaya baş vurmağa yollanıblar.
Qəfildən kişi boğulmağa başlayıb. Onun dostları həmin şəxsi dərhal sudan çıxarıblar. O, huşunu itirib. Yerli xilasedicilər kişini xəstəxanaya aparmağa cəhd ediblər. Lakin tibb işçiləri onun öldüyünü təsdiqləyiblər.