Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalqlar arasında nifrətin qızışdırılması yolverilməzdir - Ombudsman

Xalqlar arasında nifrətin qızışdırılması yolverilməzdir - Ombudsman

Tarix: 7 Avqust 2023 10:39

Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özünü daha qabarıq şəkildə göstərməkdədir.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, son zamanlar müxtəlif əsassız bəyanatlar verilməsi, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə ermənilərdə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı qatı mənfi fikirlər formalaşdırılması, sülh və birgəyaşayışın mümkün olmamasına dair fikirlərin ortaya atılması Ermənistan hakimiyyətinin Azərbaycanla sülh əldə edilməsində maraqlı olmadığını göstərir.

"Hesab edirik ki, xüsusilə hazırkı postmüharibə dövründə xalqlar arasında nifrətin qızışdırılması, nifrət nitqinin geniş yayılması, insanların etnik mənsubiyyətinə görə alçaldılması kimi hallar yolverilməzdir və bu tendensiyaların qarşısının alınması üçün zəruri addımlar atılmalıdır", - paylaşımda deyilir.


Etiketlər:  Xalqlar arasında nifrətin qızışdırılması yolverilməzdir Ombudsman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ