Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2023 11:10
Araik günlərdir anonsunu etdiyi müsahibəsini verib və sözlərindən çıxan nəticə belədir ki, geri çəkilmək, Bakının tələbləri ilə razılaşmaq fikirləri yoxdur, amma nə edəcəklərini, yaxud edə biləcəklərini də deməyib.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Asif Nərimanlı Qarabağdakı separatçı-terrorçu tör-töküntüsünün başçısı Araik Arutyunyanın müsahibəsi haqda qeyd edib.
"Ümidlərini hələ itirməyiblər, beynəlxalq ictimaiyyətdən dəstək gözləyirlər. Lakin Rusiyadan da, Qərbən də, Ermənistandan da artıq əllərini üzüblər. Araik bildirir ki, Bakının Laçın yoluna post qura biləcəyini düşünmürmüşlər. Əliyev "Zəngəzur dəhlizi və Laçın dəhlizi eyni rejimdə işləməlidir" deyəndə elə bilirmişlər ki, blef edir. İndi nə edəcəklərini özləri də bilmir. Əvvəl Brüssel görüşünə ümid etdilər, nəticə olmadı. Daha sonra Moskvada nəticə əldə olunacağını gözləyirdilər, o da olmadı. İndi BMT Təhlükəsizlik Şurasının onları xilas edə biləcəyini ümid edirlər..." - politoloq bildirib.