Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2023 20:38
İsveçin paytaxtı Stokholmdan ölkənin şimal-şərqindəki Sundsvall şəhərinə gedən sərnişin qatarı Hudiksvallın cənubunda relsdən çıxıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə güclü yağışın dəmir yolu xəttinin torpaq qatını yuyub aparması nəticəsində baş verib. İnsident zamanı qatarda 120 sərnişin olub, dörd vaqondan öndəki ikisi aşıb.
Polisdən verilən məlumata görə, 3 nəfər xəstəxanaya aparılıb.