Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Yaxın Şərqə üç mindən çox hərbçi göndərib

ABŞ Yaxın Şərqə üç mindən çox hərbçi göndərib

Tarix: 8 Avqust 2023 11:32

ABŞ Yaxın Şərqə üç mindən çox hərbçi göndərib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeni qüvvələr mövcud hərbi birləşmələrin möhkəmləndirilməsi məqsədilə avqustun 6-da "Bataan" və "Carter Hall" desant gəmiləri ilə Qırmızı dənizə gəliblər.

Bildirilir ki, bölgəyə təkcə ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə personalı deyil, həmçinin təyyarələr, helikopterlər, konvertiplanlar və amfibiya eniş maşınları da yerləşdirilib.

Qeyd edək ki, ABŞ tərəfindən bölgəyə əlavə qüvvələrin yerləşdirilməsi barədə qərar İranın ticarət gəmilərini ələ keçirmək cəhdləri fonunda verilib. Dövlət Departamentinin sözçüsü Metyu Miller əmin edib ki, Yaxın Şərqə daha çox ABŞ qüvvələrinin göndərilməsi İranla müharibəyə hazırlaşmaq demək deyil.

Milli.Az


Etiketlər:  ABŞ Yaxın Şərqə üç mindən çox hərbçi göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ