Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp” yeni funksiyanı sınaqdan keçirir

“WhatsApp” yeni funksiyanı sınaqdan keçirir

Tarix: 8 Avqust 2023 23:32

"WhatsApp" mesencerinin tərtibatçıları böyük qrupların üzvlərinə zəng etmədən səsli söhbətə başlamağa imkan verəcək funksiyanı sınaqdan keçirirlər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, səsli çatlar 32-dən çox üzvü olan qruplarda mövcud olacaq. Bu halda yeni səs dalğası simvolu görünəcək. Bununla belə, çatlara ən çox 32 istifadəçi qoşula biləcək. Söhbət başladılıb, lakin ona heç kim qoşulmayıbsa, o, avtomatik olaraq 60 dəqiqə ərzində bitəcək.

Hazırda "WhatsApp"ın 2.23.16.19 "Android" versiyasında yenilikdən yararlanmaq mümkündür.
Səsli çatların əsas üstünlüyü ondan ibarətdir ki, onlar hər bir qrup üzvünün smartfonuna zəng etmədən söhbətləşməyə imkan verəcək. Bunun əvəzinə yeni səsli söhbət yaradıldıqda qrup üzvlərinə bildiriş göndəriləcək.


Milli.Az


Etiketlər:  WhatsApp yeni funksiyanı sınaqdan keçirir


RƏYLƏR