Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2023 12:02
"Vaqner" rəhbəri Yevgeni Priqojinin üsyanı generalları sınaqdan keçirmək üçün Putinlə razılaşdırılmış xüsusi əməliyyat idi.
Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.
"Bu gün biz artıq deyə bilərik ki, bu, Putinlə razılaşdırılmış xüsusi əməliyyat idi. Bu, Putinə və onun ətrafına o qədər də bağlı olmayan generalları müəyyən etmək üçün razılaşdırılmışdı", - Danilov vurğulayıb.
O əlavə edib ki, artıq vəzifələrindən uzaqlaşdırılan generalların sayı ilə bağlı bir fikir var, onların bəziləri dəmir barmaqlıqlar arxasındadır.