Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2023 14:56
Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayının keçirələcəyi tarix açıqlanıb.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, AKP-nin sədr müavini Həmzə Dağ partiyanın fövqəladə qurultayının oktyabrın 7-də keçiriləcəyini bildirib.
"AKP həm auditoriyanı arxasına çəkən, həm də kadrlar yetişdirmiş siyasi partiyadır", - deyə sədr müavini vurğulayıb.
"Biz millətimizin hər zaman dəstəklədiyi partiyayıq. Həll etməli olduğumuz əsas məsələ inflyasiyadır. Hesab edirəm ki, 2023-cü ilin sonunda və ya 2024-cü ilin birinci rübündə gördüyümüz işlərin bəhrəsini görəcəyik", - o əlavə edib.