Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2023 19:06
Böyük Britaniya səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Nazirliyin Qərbi Avropa İdarəsinin rəisi səfirə 8 avqust - Jurnalistlər Gününə dair "Twitter" paylaşımı ilə bağlı etirazını bildirib.
Qeyd edək ki, səfir "Twitter" paylaşımında İranda medianın fəaliyyətinə yaradılan maneələri tənqid edib.
Xatırladaq ki, İran 8 avqustu - Jurnalistlər Günü kimi qeyd edir.