Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu medalı Qarabağda şəhid olmuş dostlarım adından alıram - Hakan Fidan

Bu medalı Qarabağda şəhid olmuş dostlarım adından alıram - Hakan Fidan

Tarix: 9 Avqust 2023 19:42

Bu medalı mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından alıram.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.

Ərdoğan Milli Kəşfiyyat Təşkilatındakı (MİT) vəzifələrinə görə Milli Təhlükəsizlik Şurasında (MGK) Hakan Fidanı "Dövlətdə üstün xidmət medalı" ilə təltif edib.

Qeyd edək ki, H.Fidan 25 may 2010-cu ildə MİT müşaviri seçilərək 42 yaşında ən gənc müşavir olub.

O, 3 iyun 2023-cü il tarixində isə Türkiyənin Xarici İşlər naziri seçilib.

Milli.Az


Etiketlər:  Bu medalı Qarabağda şəhid olmuş dostlarım adından alıram Hakan Fidan


RƏYLƏR