Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yataq otağında və tualetdə fotosessiya etdirib paylaşdı

Yataq otağında və tualetdə fotosessiya etdirib paylaşdı

Tarix: 10 Avqust 2023 13:30

Pop kraliçası Madonna yeni fotoları ilə fanatlarını həyəcanlandırıb.

Milli.Az OLAY-a istinadən yazır ki, ifaçı evinin tualetində və yataq otağında etdirdiyi fotosessiyanı izləyiciləri ilə bölüşüb. 

O paylaşımına "Geyinilib və getməyə heç bir yer yoxdur. Ancaq çox tezliklə sizə gələcəyəm" sözlərini yazıb. 

Qeyd edək ki, Madonna bir müddət öncə huşsuz vəziyyətdə tapılaraq Nyu-York xəstəxanasına aparılıb. 64 yaşlı ifaçıya ağciyərlərin süni ventilyasiyası tətbiq edilib.

Madonna bir neçə gün reanimasiya şöbəsində qaldıqdan sonra, ona ağır bakterial infeksiya diaqnozu qoyulub. Müğənninin komandası sənətçinin Avropa turnesini ləğv etdiyini açıqlayıb.

Milli.Az


Etiketlər:  Yataq otağında tualetdə fotosessiya etdirib paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ