Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2023 04:04
Dünyanın ən çirkli şəhərləri siyahısına İndoneziyanın paytaxtı başçılıq edir. Cakarta bu ilin may ayından bəri ardıcıl olaraq dünyanın ən çirkli 10 şəhəri arasında yer alır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, İsveçrənin "IQAir" şirkətinin məlumatına görə, 10 milyondan çox əhalisi olan Cakartada demək olar ki, hər gün qeyri-sağlam hava hökm sürür.
Yerli sakinlər uzun müddətdir ki, nəqliyyat, sənaye tüstüsü və kömürlə işləyən elektrik stansiyaları səbəbindən zəhərli hava və əlaqəli simptomlardan şikayətlənirlər.
Cakartanın çirklənmə problemi ilə bağlı sualı cavablandıran Prezident Coko Vidodo jurnalistlərə bildirib ki, həll yolu ölkənin paytaxtını hökumətin hazırda Borneo adasında sıfırdan inşa etdiyi Nusantaraya köçürməsi olacaq.
Bildirilir ki, gələn ilin əvvəlində İndoneziya Nusantaranı özünün yeni paytaxtı elan edəcək. Ən azı 16 min dövlət qulluqçusu, hərbçi və polis oraya köçürüləcək.