Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqada 250-ci qol

Premyer Liqada 250-ci qol

Tarix: 28 Oktyabr 2019 13:00

“Sumqayıt” Premyer Liqada 250-ci qolunu vurub.

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bu, mövsümün 9-cu turunun “Neftçi” ilə ev oyununa təsadüf edib.

“Kapital Bank Arena”da 2:4 hesabı ilə uduzan meydan sahiblərinin qarşılaşmadakı son qolu yubiley xarakteri daşıyıb. 90+2-ci dəqiqədəki topa Rəhim Sadıxov imza atıb.

Bu, 2011/12 mövsümündən Premyer Liqada çıxış edən “Sumqayıt”ın 261-ci oyununda 250-ci qolu olub. “Gənclik şəhəri” təmsilçisinin orta məhsuldarlığı 0,96-ya bərabərdir. 250 qoldan 133-ü evdə, 117-si səfərdə vurulub.
 


Etiketlər:  Premyer Liqada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ