Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağ erməniləri pensiya məsələsi ilə bağlı Bakıya zəng edirlər - VİDEO

Qarabağ erməniləri pensiya məsələsi ilə bağlı Bakıya zəng edirlər - VİDEO

Tarix: 11 Avqust 2023 16:18

Qarabağda yaşayan ermənilər kütləvi şəkildə Bakıya müraciət edirlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyevanın  sözlərinə görə ermənilər əsasən Votsap vasitəsilə əlaqə saxlayırlar.

Dilarə Əfəndiyeva bildirdi ki, Qarabağ erməniləri üçün yaradılan "Qaynar xətt"ə gələn müraciətlər daha çox Azərbaycan vətəndaşlığına keçməklə bağlı olur.

"Qaynar Xətt"ə müraciət edən ermənilərin bəziləri bildiriblər ki, Laçın yolundan keçmək üçün Rusiya sülhməramlıları onlardan rüşvət istəyir. Həmçinin, Qarabağda yaşayan ermənilərin əksəriyyəti yaşlı adamalar olduğuna görə, pensiya məsələsi ilə bağlı müraciətlər edirlər",- deyə  Dilarə Əfəndiyeva bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Qarabağ erməniləri pensiya məsələsi ilə bağlı Bakıya zəng edirlər VİDEO


RƏYLƏR