Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya El Nino təhlükəsi qarşısında: Aclıq, malyariya...

Dünya El Nino təhlükəsi qarşısında: Aclıq, malyariya...

Tarix: 11 Avqust 2023 17:24

El Nino təbiət hadisəsi səbəbindən dünya aclıq, quraqlıq və malyariya təhlükəsi altındadır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəbərdarlığında qeyd olunub.

"Biz naməlum sahəyə daxil oluruq. Hava getdikcə istiləşdikcə təsirlərin daha da pisləşməsi ehtimalı var", - ÜST rəsmisi Kris Hyuit bildirib.

Qeyd edək ki, El Nino hər üç-səkkiz ildən bir baş verən və 8-10 ay davam edən, şərq ekvatorial Sakit okeanının sularında istiləşmə ilə əlaqəli bir fenomendir. Əsasən intensiv yağışlar səbəbindən intertropik və ekvatorial zonada saysız-hesabsız və ciddi ziyanlara səbəb olur. Tədqiqatçıların fikrincə, yüksək temperaturla birlikdə bu cür hadisələr insan sağlamlığına, eləcə də qida təhlükəsizliyinə təsir göstərə bilər.


Etiketlər:  Dünya Nino təhlükəsi qarşısında Aclıq malyariya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ