Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda temperatur iqlim normasından 5.2 dərəcə yuxarı olub - FAKTİKİ HAVA

Bakıda temperatur iqlim normasından 5.2 dərəcə yuxarı olub -  FAKTİKİ HAVA

Tarix: 12 Avqust 2023 13:08

Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Bu barədə Sonxeber.net-a Xidmətdən məlumat verilib. Bildirilib ki, havanın maksimal temperaturu avqustun 11-də Bakıda iqlim normasından 5.2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.


Etiketlər:  Bakıda temperatur iqlim normasından dərəcə yuxarı olub FAKTİKİ HAVA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ