Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3 yaşlı nəvəsinə qeyri-insani rəftar etdiyi deyilən nənə DANIŞDI - VİDEO

3 yaşlı nəvəsinə qeyri-insani rəftar etdiyi deyilən nənə DANIŞDI - VİDEO

Tarix: 12 Avqust 2023 13:52

Sumqayıtda 3 yaşlı qızın fiziki və psixologi təzyiqə məruz qaldığı iddia olunur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Daxil olmuş məlumat əsasında polis əməkdaşları sözügedən ünvanda olublar. Onlar Ülviyyə Abdullayevanın himayəsində olan qızcığazın bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı qızcığazın fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qaldığı və sağ qulağında xəsarətlərin olduğu müəyyən edilib.

Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Ülviyyə Abdullayeva barəsində Cinayət Məcəlləsinin 128-ci-Qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  3 yaşlı nəvəsinə qeyri insani rəftar etdiyi deyilən nənə DANIŞDI VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ