Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2023 17:52
Qreta Qerviqin "Barbie" komediyası qlobal kassada uğur qazanmasına baxmayaraq, Cənubi Koreyada uğursuzluğa düçar olub. Analitiklər bunu mədəniyətlərin ziddiyyətləri ilə əlaqələndirirlər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, "Barbie" ötən həftəsonu Koreya kassasında cəmi 273.000 dollar qazanaraq səkkizinci yeri tutub.
Avqustun 15-də Cənubi Koreyada işıq üzü görəcək Kristofer Nolanın "Oppenheimer" filmi üçün əvvəlcədən bilet satışı 35,8% olduğu halda, bu film üçün 1,2% təşkil edib. Ehtimallara görə, "Barbie" Cənubi Koreya xalqının rəğbətini qazana biməyib, çünki ölkədə feminizm dəstəklənmir. Filmin əsas ideyalarından biri isə qadınların səlahiyyətlərinin artırılmasıdır.
Qeyd edək ki, iyulun 19-da "Barbie" filminin premyerası olub. Təkcə ilk həftəsonunda filmin kassası 356 milyon dollar təşkil edib. Məşhur gəlinciyin gəlinciklər ölkəsindən qaçmasından bəhs edən film artıq 2023-cü ildə "Guardians of the Galaxy Vol. 3" və "The Super Mario Bros. Movie" kimi filmləri geridə qoyaraq ən yüksək gəlirli filmə çevrilməyi bacarıb. "Barbie" filmində baş rolların ifaçıları Margo Robbi və Rayan Qoslinqin çəkildikləri heç bir filmin kassası belə böyük məbləğ toplamayıb.