Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Berbokun təyyarəsi Əbu-Dabidə qaldı – Səbəb

Berbokun təyyarəsi Əbu-Dabidə qaldı – Səbəb

Tarix: 14 Avqust 2023 16:36

Almaniya xarici işlər naziri Annalena Berbok təyyarəsində yaranan texniki nasazlıq səbəbindən BƏƏ-nin paytaxtı Əbu-Dabidə qalıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Assoşeyted Press" məlumat yayıb.

Məlumata görə, Berbok Almaniya Hərbi Hava Qüvvələrinin "Airbus A340" təyyarəsinin eniş qanadlarında yaranan mexaniki problem səbəbindən Əbu-Dabidən Avstraliyaya uça bilməyib.

Bildirilib ki, problem Əbu-Dabidən havaya qalxdıqdan bir neçə dəqiqə sonra müəyyən edilib və iki saat sonra təyyarə 80 ton yanacağı tullamaqla yenidən təhlükəsiz yerə enib.


Etiketlər:  Berbokun təyyarəsi Əbu Dabidə qaldı Səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ