Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ilə müharibədə həlak olan mülki ukraynalıların sayı - BMT AÇIQLADI

Rusiya ilə müharibədə həlak olan mülki ukraynalıların sayı - BMT AÇIQLADI

Tarix: 14 Avqust 2023 20:04

Rusiyanın Ukraynaya qarşı apardığı tam miqyaslı işğalçı müharibə nəticəsində indiyədək 9000-dən çox mülki ukraynalı həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bildirib.

"Rusiyanın Ukraynaya qarşı tam miqyaslı işğalçı müharibəsi nəticəsində indiyə qədər 9444 mülki şəxs ölüb və 16940 nəfər yaralanıb".

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı əlavə edib ki, Ukraynada ölənlərin sayı "xeyli dərəcədə yüksəkdir, çünki intensiv döyüşlərin getdiyi bəzi yerlərdən məlumatların alınması gecikdirilib və bir çox hesabatlar hələ də təsdiqlənməyi gözləyir".

Milli.Az


Etiketlər:  Rusiya ilə müharibədə həlak olan mülki ukraynalıların sayı AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ