Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Regionlarda yaşayan ictimai fəal gənclər üçün vakansiyalar elan edilir

Regionlarda yaşayan ictimai fəal gənclər üçün vakansiyalar elan edilir

Tarix: 28 Oktyabr 2019 15:32

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Fondun tabeliyində “Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılıb.

Fonddan Trend-ə verilən məlumata görə, bununla əlaqədar, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Cəlilabad, Gədəbəy, Xaçmaz, İsmayıllı, Qax, Qəbələ, Quba, Qusar, Masallı, Şamaxı, Şəki, Tərtər və Zaqatala rayonlarında açılacaq Mərkəzlərə bölmə rəhbəri, könüllülər, layihələr və təlim-tədris üzrə menecer vəzifələrinə vakansiyalar elan edilir.

Gənclər Fondu qeyd edilən rayonlarda yaşayan, istedadlı, ictimai-sosial fəal, ali təhsilli və həmin vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir. Müraciət etmək istəyən şəxslər Fondun rəsmi internet saytı (www.youthfoundation.az/vakansiyalar), rəsmi elektron ünvanı və GəncApp mobil tətbiqi vasitəsilə 15 noyabr 2019-cu il tarixinə qədər CV-lərini təqdim edə bilərlər.

Digər şəhər və rayonlarda açılacaq nümayəndəliklərdə vakansiyalar barədə məlumat KİV, Fondun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə mütəmadi olaraq, ictimaiyyətə çatdırılacaqdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Regionlarda yaşayan ictimai fəal gənclər üçün vakansiyalar elan edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ