Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzaya düşən "Nikosayağı"nın pulqabısı və telefonunu oğurlayıblar - FOTO

Qəzaya düşən

Tarix: 15 Avqust 2023 12:25

Xəbər verdiyimiz kimi, ötən axşam "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli ağır qəzaya düşüb. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bloger Ramal İsayev sosial şəbəkə hesabında post paylaşaraq, qəzadan sonra Nicatın pul kisəsinin və mobil telefonlarının oğurlandığını yazıb. 

"Dünən axşam o vəziyyətdə Nicatın telefonlarını və pul qabısını oğurlayıblar", - deyə Ramal bildirib. 

Qeyd edək ki, Nicatın idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan blogerin sağ yuxarı ətrafın dirsəkdən amputasiyası edilib. 

Milli.Az


Etiketlər:  Qəzaya düşən Nikosayağının pulqabısı telefonunu oğurlayıblar FOTO


RƏYLƏR