Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2023 20:06
Əməliyyat zamanı xəstəyə səhv qan köçürülüb və qadının ürəyi dayanıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki,hadisə Türkiyədə baş verib. Nevşehir Dövlət Xəstəxanasında sınıq ayağından əməliyyat olunan 75 yaşlı Əmine Ə. daha sonra palataya aparılıb. İddialara görə, əməliyyatdan sonra ona tibb işçiləri tərəfindən başqa xəstə üçün gətirilən qan köçürülüb. Qanköçürmə zamanı ürəyi dayanan qadın reanimasiyaya köçürülüb və müalicəsi davam etdirilir.
Məsələ ilə bağlı araşdırmalara başlanılıb.