Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2023 12:14
Türkiyə pilotsuz uçuş aparatları texnoloji, hərbi və iqtisadi gücə çevrilib.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Almaniyanın "Frankfurter Allgemeine" qəzeti təhlil dərc edib.
"Türkiyə istehsalı olan PUA və SİHA-lar beynəlxalq mətbuatın diqqət mərkəzindədir. Dünyanın bir çox ölkələri Türk pilotsuz uçuş aparatlarını istəyir. Türkiyə pilotsuz uçuş aparatları texnoloji, hərbi və iqtisadi gücə çevrilib. Türkiyə müdafiə sənayesi gündən-günə daha da güclənir" , - deyə qəzetdəki məqalədə qeyd olunub.
Məqalədə, bu il Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (İDEF'23) 800-ü xaricdən olmaqla 1500 şirkətin iştirak etdiyi vurğulanıb.