Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

Tarix: 16 Avqust 2023 13:08

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 19 və 20 avqust tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edir.

Milli.Az xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək.

"Bundan əlavə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür", - məlumatda qeyd olunur.

Milli.Az


Etiketlər:  Bakı Ağstafa Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir


RƏYLƏR