Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üçüncü dəfə ailə quracaq - FOTO

Üçüncü dəfə ailə quracaq - FOTO

Tarix: 16 Avqust 2023 17:45

Amerikalı aktrisa və müğənni Zoe Deşanel teleaparıcı Conatan Skott ilə evlənir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa həftəsonu Şotlandiyada sevgilisindən evlilik təklifi alıb. O, barmağında nişan üzüyü olan fotosunu sosial media hesabında izləyiciləri ilə paylaşaraq "Hə" cavabı verdiyini bildirib.

Cütlük arasında baş tutan nişanda Zoenin iki övladı, əvvəlki evlilikdən olan 8 yaşlı qızı Elsi və 6 yaşlı oğlu Çarli də iştirak edib.

Qeyd edək ki, bu, Zoenin üçüncü evliliyi olacaq. Conatan isə 2007-2010-cu illərdə uçuş koordinatoru Kelsi Ulley ilə evli olub.


Etiketlər:  Üçüncü dəfə ailə quracaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ