Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətəndaşa qeyri-adi RADAR CƏRİMƏSİ GƏLİB... - VİDEO

Vətəndaşa qeyri-adi RADAR CƏRİMƏSİ GƏLİB... - VİDEO

Tarix: 17 Avqust 2023 12:24

Salyan sakini  atasının 23 il əvvəl satdığı avtomobilin  hələ də cərimələrini ödəyir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Salyan rayon sakini Elşən  Hüseynov deyir ki, atası  Fərman Hüseynov 2000-ci ildə  "ZİL" markalı  maşını Bakı sakininə satıb.

"Həmin avtomobilin etibarnamə müddəti 8 il əvvəl bitib".

Bundan sonra isə avtomobilə yazılan cərimələr onun atasının adına gəlməyə başlayıb.

Elşən  Hüseynov deyir ki, əvvəllər cərimələr onun atasının adına gəlirdi. Atası rəhmətə gedəndən sonra isə öz adına gəlməyə  başlayıb. Onun sözlərinə görə, atasının sağlığında aidiyyatı qurumlara müraciət ediblər. Lakin məsələ həllini tapmayıb.

Məsələ ilə bağlı  Baş Dövlət Yol Polis İdarəsindən  "Xəzər Xəbər"ə bildirdilər ki, vətəndaşın müraciəti nəzərə alınaraq mülkiyyətçisi olduğu nəqliyyat vasitəsi axtariş sisteminə daxil edilib  və hal-hazırda axtarışdadır. Bildirilib ki, ki, sözügedən nəqliyat vasitəsi hazırda şikayətçi olan sahibi tərəfindən etibarnamə əsasında başqa şəxsin istifadəsinə verilib.

Müddətin bitməsi ilə əlaqədar etibarnamə ləğv edildikdən sonra isə həmin avtomobillə törədilmiş inzibati xətalarla bağlı elektron cərimə protokolları mərkəzi informasiya sisteminin məlumatı əsasında onun sahibinin adına sənədləşdirilib.

Hal-hazırda nəqliyyat vasitəsinin axtarışları davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Vətəndaşa qeyri adi RADAR CƏRİMƏSİ GƏLİB VİDEO


RƏYLƏR