Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hollivud ulduzu həbs oluna bilər

Hollivud ulduzu həbs oluna bilər

Tarix: 17 Avqust 2023 14:40

Hollivud aktyoru və prodüseri Alek Bolduin yenidən "Rust" filminin çəkiliş meydançasında ukraynalı rejissor Qalina Hatçinsi qəsdən qətlə yetirməkdə ittiham oluna bilər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2 il əvvəl baş verən hadisədən sonra aktyor silahın öz-özünə atəşləndiyini və buna görə də günahsız olduğunu iddia etmişdi.

Qarşı tərəf isə Alekin mövqeyi ilə razılaşmayaraq silahın öz-özünə atəş aça bilməyəcəyini müəyyən edən müstəqil ekspertiza təyin edib.

İndi Bolduin adam öldürmə ittihamı ilə üzləşə bilər.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.

Araşdırmalar zamanı polis baş verənlərə görə yalnız Alekin məsuliyyət daşıdığını və güllənin təsadüfi olmadığını iddia etmişdi.

Aktyor Hilariya adlı xanımla evlidir və onun 8 övladı var.

Milli.Az


Etiketlər:  Hollivud ulduzu həbs oluna bilər


RƏYLƏR