Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistanda leysan nəticəsində ölənlərin sayı 81-ə çatdı

Hindistanda leysan nəticəsində ölənlərin sayı 81-ə çatdı

Tarix: 17 Avqust 2023 15:32

Hindistanın şimalında leysanın səbəb olduğu dağıntılar nəticəsində ən azı 81 nəfər ölüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.

Qeyd edək ki, Hindistanın şimalındakı Himçal-Pradeş və Uttarxand ştatları avqustun 13-ü və 14-də güclü yağışlara məruz qalıb. Güclü yağış torpaq sürüşməsinə və evlərin dağılmasına səbəb olub.

Meteoroloqlar iyuldakı yağıntıların miqdarının son 50 ildə region üçün rekord olduğunu hesab edirlər.

Milli.Az


Etiketlər:  Hindistanda leysan nəticəsində ölənlərin sayı 81 ə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ