Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xalq qəzeti”nin əməkdaşları ilə bağlı yubiley toplantısı keçirilib

“Xalq qəzeti”nin əməkdaşları ilə bağlı yubiley toplantısı keçirilib

Tarix: 28 Oktyabr 2019 18:24

Bakı. Trend:

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə "Xalq qəzeti"nin üç əməkdaşının - tanınmış qələm sahibləri Tahir Aydınoğlunun, İlqar Həsənovun və Namiq Əhmədovun 60 illik yubileylərinə həsr olunmuş təntənəli mərasim təşkil olunub.

Trend-in məlumatına görə, tədbir Şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcəyimiz üçün təcrübə qaynağıdır” layihəsi çərçivəsində keçirilib.

Mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açmış, yubilyar jurnalistlərin həyat və yaradıcılığından danışmışdır. Tahir Aydınoğluna, İlqar Həsənova və Namiq Əhmədova Azərbaycan Mətbuat Şurasının diplomları, Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyələri təqdim olunmuşdur.

Yubiley məclisinin iştirakçılarından Məzahir Süleymanzadə, Aqil Abbas, İradə Tuncay, İttifaq Mirzəbəyli, İzzət Rüstəmov, Mahmud Mahmudov, Şəddat Cəfərov, Ramiz Məmmədzadə, Rəşad Məcid, Allahverdi Məmmədli, Ağalar Bayramov, Zərifə Bəşirqızı, Qənimət Səfərov, Bəbir Hüseynov, Rauf Ağayev və başqaları çıxış etmişlər.

Çıxışlarda üç dostun, üç yubilyarın yaradıcılıq uğurlarından bəhs edilmiş, xatirələr söylənilmişdir.

Göstərilən qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Ahıl Jurnalistlər Məclisinə minnətdarlığını bildirən yubilyar jurnalistlər yaradıcılıq planlarından danışmışlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xalq qəzetinin əməkdaşları ilə bağlı yubiley toplantısı keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ