Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2023 23:36
Yeni araşdırmalara görə, hər gün bir və ya daha çox şəkərlə zəngin içki içmək qadınlarda ürək-damar xəstəlikləri riskini artıra bilər.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, qazlı, şirin su, çay və meyvə içkiləri həmçinin insult olma riskini 21% artırır.
Gündə bir və ya daha çox meyvə şirəsi, nadir hallarda yaxud heç vaxt içməyən qadınlarla müqayisədə ürək-damar xəstəliklərinin inkişaf ehtimalını 42 faiz artırır. Mütəxəssislər qadınlara gündə 100 kaloridən çox olmayan içkiləri istehlak etməyi tövsiyə edirlər.