Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə vətəndaşlarını Nigerdən çıxardı

Bu ölkə vətəndaşlarını Nigerdən çıxardı

Tarix: 20 Avqust 2023 18:52

Belçika 130 vətəndaşını hərbi təyyarə ilə Nigerdən təxliyə edib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aja Labib X sosial şəbəkəsində məlumat verib.

"Son bir neçə gün ərzində 130 belçikalı, Aİ vətəndaşları və digər şəxslər Nigerdən çıxarılıb. Mən Müdafiə Nazirliyinə, eləcə də Miqrasiya və Sığınacaq Departamentlərinə təşəkkür etmək istəyirəm", - Labib yazıb.

Təxliyə olunanlar Belçikaya məxsus "Airbus A400M" hərbi təyyarəsi ilə ölkədən çıxarılıb.


Etiketlər:  ölkə vətəndaşlarını Nigerdən çıxardı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ